“Borussiya” – “Qarabağ” matçının vaxtı dəyişdirilib

“Borussiya” – “Qarabağ” matçının vaxtı dəyişdirilib
# 11 avqust 2010 14:12 (UTC +04:00)
Bakı – APA. Avropa Liqası çərçivəsində Dortmund şəhərindəki “Borussiya” – “Qarabağ” matçının başlama vaxtı dəyişdirilib. Apasport.az saytının xəbərinə görə, avqustun 19-da keçiriləcək oyunun Bakı vaxtı ilə saat 23:45-də start götürüləcəyi planlaşdırılsa da, qarşılaşmanı yayımlayacaq ZDF kanalının xahişi ilə görüş 20 dəqiqə gec, 00:05-də başlayacaq.

Bakıdakı oyunun başlama vaxtında (26 avqust, 21:00) isə dəyişiklik edilməyib.

Qeyd edək ki, Almaniyadakı oyun ZDF-2 kanalı ilə yayımlanacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR