Milli komandanın futbolçusu avtomobil qəzasında öldü

Milli komandanın futbolçusu avtomobil qəzasında öldü
# 30 avqust 2010 12:34 (UTC +04:00)
Bakı – APA. CAR milli komandasının müdafiəçisi Oskar Ntvaqae dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, avtomobil qəzasına düşən futbolçu aldığı zədələrdən yerindəcə ölüb.

Qeyd edək ki, Ntvaqae ancaq CAR klublarında forma geyinib. Onun sonuncu klubu “Platinum Starz” olub. 2002-ci ildən “Bafana Bafana”ya çağırılan müdafiəçi 15 oyunda yığmanın şərəfini qoruyub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR