Berti Foqts: “Mən futbolçular barədə mediaya danışmıram”

Berti Foqts: “Mən futbolçular barədə mediaya danışmıram”
# 09 oktyabr 2010 00:01 (UTC +04:00)
Bakı-APA. Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Avropa çempionatının seçmə qrup mərhələsində Avstriyaya məğlubiyyətin səbəblərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, alman çalışdırıcı böyük hesablı yenilgini buraxılan səhvlərlə əlaqələndirib:

“Rəqibi təbrik edirəm. Avstriya yığması layiqli qələbə qazandı. Müdafiədəki səhvlərimizdən istifadə edib, qol vurdular. Bilirdik ki, meydan sahibləri standart vəziyyətlərdən qol vurmağı bacarırlar. Erkən qol gördük, ardınca ikinci qolu hücuma atılanda buraxdıq. Bilirdim ki, Qazaxıstanla oyunda bəxtləri gətirib qol vurublar. Onlar “ikinci mərtəbə”də yaxşı oynayırlar”.

Foqts bildirib ki, Azərbaycan yığmasının da qol vurmaq şansı olub: Mən öz komandama inanıram. Bizim də qol vurmaq üçün imkanlarımız oldu. Amma bunu bacarmadıq. 90 dəqiqənin sonunda qələbəni rəqib qazandı. Penalti haqda danışmaq istəmirəm. Bilirsiniz ki, oyunçular barədə mediaya danışmıram. Vaqifin ayağında yüngül ağrı vardı. 4 gün sonra Türkiyəyə qarşı oynayacağıq. Buna görə də onu əvəzlədim”.

Qeyd edək ki, Avstriya milli komandamıza 3:0 hesabı ilə qalib gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR