Rəşad Sadıqov: “Çox istərdik ki, Arda Turan bizə qarşı oynasın”

Rəşad Sadıqov: “Çox istərdik ki, Arda Turan bizə qarşı oynasın”
# 11 oktyabr 2010 09:38 (UTC +04:00)
Bakı – APA. “Türkiyə yığması ilə evdə oynasaq da, çətin görüş olacaq. Çox istərdik ki, Arda Turan bizə qarşı oynasın. O, sevdiyimiz futbolçulardandır. Ancaq onun yoxluğunu bizim üçün üstünlük saymıram”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib.

Bu gün jurnalistlər qarşısına çıxan Sadıqov Türkiyə yığmasındakı həmkarı Əmrə Belözoğlunu xüsusilə qeyd edib: “Rəqibimizin heyətində ən aparıcı futbolçu Əmrə ilə Həmit Altıntopdur. Onlar Türkiyə yığmasının döyünən ürəkləridir. Əmrə futbolçular üçün böyük qardaş, əsl liderdir”.

Türkiyə Superliqa təmsilçisi “Əskişəhərspor”un şərəfini qoruyan təcrübəli müdafiəçi rəqibin bizə yuxarıdan aşağı baxmasını normal qəbul edir: “Türkiyəli futbolçuların bizə ikinci liqa oyunçuları kimi baxması normaldır. Biz özümüzü buna şərait yaratmışıq. Hər seçmə mərhələdə 3-4 xal yığırıq. Onların yerində olsaydıq, biz də elə baxardıq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR