Georgi Hacı 2 həmyerlisini “Qalatasaray”a gətirir

Georgi Hacı 2 həmyerlisini “Qalatasaray”a gətirir
# 22 oktyabr 2010 11:10 (UTC +04:00)
Bakı – APA. “Qalatasaray”la anlaşan Georgi Hacı rəsmi müqaviləyə imza atmamışdan öncə Türkiyəyə gətirmək istədiyi futbolçuların adlarını rəhbərliyə təqdim edib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis 2 həmyerlisini transfer etmək istədiyini açıqlayıb.

O, qış fasiləsində Buxarest “Dinamo”dan Qabriel Torje və “Styaua”dan Boqdan Stankunun “sarı-qırmızılar”a keçidində maraqlıdır.

21 yaşlı olan Torje yarımmüdafiəçidir və meydanın istənilən cinahında rahat oynayır. Dortmund “Borussiya”sının da transfer siyahısında yer alan rumın futbolçunun qiyməti 4 milyon avro qiymətləndirilir. Lakin o Georgi Hacı ilə işləməkdə daha maraqlı olduğunu bildirib.

Torjedən 2 yaş böyük olan Stanku isə mövqecə hücumçudur. İki mövsümdür “Steau”nun şərəfini qoruyan futbolçunun da İstanbul klubuna “yox” deməsi inandırıcı görünmür.

Qeyd edək ki, Hacı rəsmi müqaviləyə bu gün Türkiyə vaxtı ilə 15:30-da imza atacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR