Futbolda yeni qaydalar tətbiq oluna bilər

Futbolda yeni qaydalar tətbiq oluna bilər
# 26 oktyabr 2010 01:34 (UTC +04:00)
Bakı-APA. FİFA texnologiyanın futbola gətirilməsini dəstəkləsə də, UEFA buna etirazını bildirir
APA-nın voanews.com saytına isitnadən verdiyi xəbərə görə, Beynəlxalq Futbol Assosiasiyası İdarə Heyətinin yeni qapı-xətti texnologiyasını nəzərdən keçirmək istədiyini açıqlamasından bir həftə sonra UEFA prezidenti Mişel Platini bu texnologiyadan istifadəyə öz etirazını bildirib. Şotlandiyanın Qlazqo şəhərində çıxış edən Platini deyib ki, qapı-xətti texnologiyası futbolu “Playstation oyununa” (video oyun) çevirəcək. O təklif edib ki, qapı xətti yaxınlığında əlavə hakimlərin təyin olunması daha məqsədəuyğun olardı. Futbol haqda qanun qəbul edən təşkilat buna oxşar sistemləri sınaqdan keçirməyi və bunun nəticələrini gələn il martın 4-6 arası keçirilən toplantıda müzakirə etməyi planlaşdırır. Bu iclas zamanı futbol qaydalarına dəyişikliklər edilə bilər.
Bundan əlavə Platini mübahisəli penalti qərarları ilə bağlı sərt tənqidlərə məruz qalan refferilərə hörmət göstərilməsinə çağırıb. Onun sözlərinə görə, bir hakim yetərli deyil və baş hakimə yardım etmək üçün əlavə hakimlər təyin olunmalıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR