“Everton” Bakıda “Neftçi” ilə yoldaşlıq görüşü keçirə bilər

“Everton” Bakıda “Neftçi” ilə yoldaşlıq görüşü keçirə bilər
# 07 yanvar 2011 10:43 (UTC +04:00)
Bakı – APA. İngiltərənin məşhur “Everton” klubu Bakıya gələ bilər. Apasport.az saytının məlumatına görə, britaniyalılar yayda ölkəmizə səfər edib, “Neftçi” ilə yoldaşlıq görüşü keçirmək niyyətindədirlər.

Hər iki klub nümayəndələrinin iştirakı ilə bu gün təşkil olunan mətbuat konfransında bildirilib ki, artıq “Everton”un baş məşqçisi Devid Moyesin də bu məsələdən xəbəri var. Məhz onunla müzakirələrdən sonra matçın keçirilib-keçirilməyəcəyi və oyunun tarixi dəqiqləşəcək.

Qeyd edək ki, bunadək Türkiyənin “Qalatasaray” klubunun da “Neftçi” ilə oynayacağı haqda ilkin razılıq əldə olunmuşdu. Lakin bu ay baş tutmalı olan həmin qarşılaşma keçirilmədi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR