Azərbaycanlı futbolçunun “Everton” klubuna gedəcəyi tarix dəqiqləşdi

Azərbaycanlı futbolçunun “Everton” klubuna gedəcəyi tarix dəqiqləşdi
# 07 yanvar 2011 10:45 (UTC +04:00)
Bakı – APA. Azərbaycan millisinin və Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin “Everton”un düşərgəsinə gedəcəyi tarix məlum olub. Apasport.az saytının xəbərinə görə, futbolçumuz fevralın 15-28-də Britaniya təmsilçisinin məşqlərinə qatılacaq.

Lakin həmin vaxtadək Araz ingilislərin ona verdiyi xüsusi məşq proqramı üzrə hazırlıq keçməlidir. Buna əməl edəcək Abdullayevin xüsusi məşqlərdən sonra hansı səviyyədə olmasına isə 2 həftəlik İngiltərə səfərində aydınlıq gələcək.

Abdullayevin keçidi ilə bağlı razılığa gələn “Neftçi”və “Everton” arasında bağlanan müqaviləyə əsasən, yarımmüdafiəçi yalnız mövsümün sonunda İngiltərəyə üz tutacaq.

Abdullayevi saxlamaqda israrlı olan bakılılar yalnız yayda onu “Everton”a buraxacaq. Paytaxt klubunun müqaviləyə daxil etdirdiyi daha bir bənd isə futbolçunun gələcək karyerası ilə bağlıdır.

Belə ki, ingilislər Arazı nə vaxtsa başqa kluba icarəyə vermək hüququndan məhrumdur. Onlar yarımmüdafiəçini yalnız və yalnız “Neftçi”yə icarəyə verə bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR