“Mancester Siti” Edin Dzekonun transferini rəsmiləşdirib

“Mancester Siti” Edin Dzekonun transferini rəsmiləşdirib
# 08 yanvar 2011 08:02 (UTC +04:00)
Bakı-APA. “Mançester Siti” klubu “Volfsburq”un bosniyalı hücumçusu Edin Dzekonun transferini rəsmiləşdirib. APA-nın məlumatına görə, klubun yaydığı rəsmi açıqlamada Edin Dzeko ilə 4,5 il müddətinə müqavilə imzalandığı və bosniyalı futbolçunun 10 nömrəli formanı geyəcəyi bildirilir. 24 yaşlı oyunçunun bu gün “Vulverhempton”la oyunda meydana çıxacağı gözlənilir. Dzekonun transferinin “Mancester Siti”yə hansı məbləğə başa gəldiyi açıqlanmasa da, ingilis mətbuatı klubun bosniyalı futbolçu üçün “Volfsburq”a 46,34 milyon dollar ödədiyini yazır. Edin Dzeko bu il alman klubunda meydana çıxdığı 17 oyunda 10 qol vurub. 2007-ci ildən “Volfsburq”da çıxış edən Dzeko 2007-2008-ci il mövsümündə 8, 2008-2009-cu il mövsümündə 26 qol vurub. Bosniyalı hücumçu həmçinin bu mövsüm Almaniya kuboku oyunlarında 6, UEFA Kubokunda isə 4 qola imza atıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR