Messi 2010-cu ilin ən yaxşı futbolçusu seçilib

Messi 2010-cu ilin ən yaxşı futbolçusu seçilib
# 10 yanvar 2011 21:18 (UTC +04:00)
Bakı-APA. «Barselona» klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi 2010-cu ildə dünyanın ən yaxşı futbolçusu adlandırılıb.

Argentinalı Sürixdə keçirilən xüsusi mərasimdə FİFA və France Football jurnalının birgə mükafatı olan Qızıl topu alıb.

Qalib milli yığmaların məşqçi və kapitanlarının, həmçinin jurnalistlərin iştirak etdiyi səsvermə vasitəsilə müəyyən edilib. Lionel Messi səsvermədə «Barselona»nın digər futbolçuları Xavi Ernandes və Andres İnyestanı qabaqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR