Rüştü Rəcbər: “Kamran Ağayevin “Beşiktaş”a transferinə inanmıram”

Rüştü Rəcbər: “Kamran Ağayevin “Beşiktaş”a transferinə inanmıram”
# 11 yanvar 2011 15:11 (UTC +04:00)
Bakı – APA. “Kamran Ağayevi tanıyıram, yaxşı qapıçıdır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Beşiktaş” klubunun qapıçısı Rüştü Rəcbər deyib.

“Xəzər Lənkəran” kimi Antalyada “Gloria Serentiy” otelində hazırlıqlarını davam etdirən İstanbul təmsilçisinin qolkiperi azərbaycanlı jurnalistlərlə görüşüb. Azərbaycan futbolu haqda geniş məlumatı olmasa da, Rüştü ötən ilin oktyabrında Avropa çempionatının seçmə qrup mərhələsində millimizin Türkiyə üzərində qazandığı oyunu izlədiyini söyləyib: “Həmin oyunda qapıçınızın çıxışı xoşuma gəldi. Bəlkə də Ağayevin klubumuza transferi mümkün olardı. Həmin vaxt mən zədəli olduğumdan rəhbərliyin yeni qapıçı tapmaq haqda fikri var idi”.

Rəcbər, həmçinin bildirib ki, hazırda zədəsi sağaldığından həmyerlimizin “Beşiktaş”a keçidi inandırıcı deyil: “İndi isə zədəm sağalıb və inanmıram ki, Kamranın komandamıza transferi müzakirə mövzusu olsun”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR