Mehmet Aurelio: “Azərbaycan yığmasının Türkiyə üzərində qələbəsi əsl sensasiya idi”

Mehmet Aurelio: “Azərbaycan yığmasının Türkiyə üzərində qələbəsi əsl sensasiya idi”
# 13 yanvar 2011 10:48 (UTC +04:00)
Bakı – APA. “Gəlin etiraf edək ki, Azərbaycan yığmasının Türkiyə üzərində qələbəsi əsl sensasiya idi. Biz cavab oyununda bu qələbənin təsadüf olduğunu sübut edəcəyik”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına “Beşiktaş” klubunun futbolçusu Mehmet Aurelio deyib.

İstanbul təmsilçisinin braziliyalı futbolçusu ilə “Xəzər Lənkəran”ın məskunlaşdığı “Gloria Serentiy” otelinin foyesində görüşdük. Həmin vaxt “qara-qartallar” oteli tərk etməsinə baxmayaraq, Türkiyə yığmasının milliləşdirilmiş futbolçusu bir neçə sualımızı cavablandırmaqdan imtina etmədi: “Təbii ki, Avropa çempionatının seçmə mərhələsində qrupumuzda favorit Almaniyadır. Bizim komanda ikinci yer uğrunda mübarizə aparır. Azərbaycan haqda nə bilirəm? Milli komandanızı tanınmış məşqçi Berti Foqts çalışdırır. Komandamızın Bakıda 0:1 hesabı ilə uduzduğu oyuna baxmışam. Sizin futbolçular meydanda sonacan mübarizə apardılar. Həmin qarşılaşmaya mən də çağırılmışdım. Amma zədəli olduğum üçün sonradan heyətdən kənarlaşdırıldım”.

“Bəs, Azərbaycan futbolçularından tanıdığınız varmı” sualına gəlincə, Mehmet “Bəli” cavabını verib: “Təbii ki, var. Bakıda bizim qapıya qol vuran futbolçunuz Rəşad Sadıqov Türkiyə Superliqasında, “Əskişəhərspor”da oynayır. Özünü göstərməyi bacarıb. Bir futbolçunuzun Rusiyada legioner həyatı yaşadığını bilirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR