21-ci əsrin ilk 10 ilinin ən yaxşı futbol hakimi müəyyənləşib

21-ci əsrin ilk 10 ilinin ən yaxşı futbol hakimi müəyyənləşib
# 18 yanvar 2011 07:58 (UTC +04:00)
Bakı – APA. XXI əsrin ilk 10 ilinin ən yaxşı futbol hakimlərinin adları məlum olub. Apasport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) hesablamalarına görə, 2001-10-cu illərdə 135 xal toplayan almaniyalı Markus Merk onilliyin hakimi adını qazanıb. Kolumbiyalı Oskar Culius Ruis 104 xalla ikinci pillədə qərarlaşıb. Slovakiyalı Lüboş Mihel və uruqvaylı Xorxe Luis Larrionda hərəyə 96 xal toplayaraq 3-4-cü yerləri bölüşüblər.
Qeyd edək ki, İFFHS-in siyahısında 63 hakim yer alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR