“İnteltek” QSC şirkətinin baş direktoru: “Mərc oyununa pul qoyuluşu edən uduşunu dərhal ala bilər”

“İnteltek” QSC şirkətinin baş direktoru: “Mərc oyununa pul qoyuluşu edən uduşunu dərhal ala bilər”
# 18 yanvar 2011 11:19 (UTC +04:00)
“Azəridmanservis” Dövlət Müəssisəsi ilə birlikdə Azərbaycanda “Azerinteltek” Qapalı tipli Səhmdar Cəmiyyəti (QTSC) adlı operator şirkət quran türkiyəli iş adamı ölkəmizdə start verilən idman mərc oyunları ilə bağlı tədbirdə iştirak edib. Sezer işbirliyi haqda fikirlərini bildirib: “Bizim əsas üstünlüyümüz dövlətlə işləməyimizdir. Öz təcrübəmizdən deyim ki, bu layihə Azərbaycan idmanına böyük xeyir verəcək. Türkiyədə ötən il keçirilən basketbol üzrə dünya çempionatının, Qış Oyunlarının sponsoru olmuşuq. Superliqanın da sponsoru olduğumuzdan yarışın adı Spor Toto Superliqa adlanır. Bundan əlavə, basketbol üzrə mundialda yarışları keçirmək üçün 2 qapalı meydanı öz xərcimizə tikdik. Bütün bunlar gələcəkdə Azərbaycanda da olacaq”.

Sezerin sözlərinə görə, mərc oyununa pul qoyuluşu edən uduşunu dərhal ala bilər: “Əgər variant yazan insan istəsə, oyunlar yekunlaşdıqdan sonra pulunu götürə bilər. Amma bu, iş vaxtında baş verəcək. Pulu digər məntəqələrdən də götürmək mümkün olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR