“Şalke”nin mərkəz yarımmüdafiəçisi Jermen Cons “Blekbern”ə keçib

“Şalke”nin mərkəz yarımmüdafiəçisi Jermen Cons “Blekbern”ə keçib
# 19 yanvar 2011 11:25 (UTC +04:00)
Bakı-APA. “Blekbern Rovers” Almaniyanın “Şalke-04” klubunun futbolçusu Jermen Consu mövsüm sonuna kimi icarə əsasında transfer edib. APA-nın məlumatına görə, 29 yaşlı mərkəz yarımmüdafiəçisinin transferini dəyərləndirən “Blekbern”in baş məşqçisi Stiv Kin Jermen Consun top qazanmaq və gözəl ötürmələr verməkdə mahir olduğunu deyib. Xatırladaq ki, “Blekbern Rovers” bundan əvvəl “Mancester Siti”nin sabiq futbolçusu Roke Santa Kruzla da mövsüm sonuna kimi müqavilə bağlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR