Arda Turan Türkiyənin ən populyar futbolçusudur

Arda Turan Türkiyənin ən populyar futbolçusudur
# 21 yanvar 2011 08:09 (UTC +04:00)
Bakı – APA. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən populyar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən konferensiyalar üzrə sıralama görə Məhəmməd Abutreyka (Misir, 34,954 bal) Afrikanın, Fərhad Məcidi (İran, 63,473) Asiyanın, Vaqif Cavadovun “Tvente”də komanda yoldaşı olmuş Brayan Ruiz (Kosta-Rika, 4,538) Mərkəzi və Şimali Amerikanın, Dimitar Berbatov (Bolqarıstan, 6,225) Avropanın, Xuan Manuel Varqas (Peru, 7,920) Cənubi Amerikanın, Harri Kyuell (Avstraliya, 119) Okeaniyanın ən məşhur futbolçusudur.

Tehranın “İstiqlal” klubunda oynayan Məcidi dünya üzrə sıralamaya da başçılıq edir. Maraqlıdır ki, ilk onluqda Avropadan heç bir futbolçu yoxdur. “10-luğ”u ardıcıl iki ildir dünyanın ən yaxşı futbolçusu seçilən “Barselona”nın argentinalı futbolçusu Lionel Messi (7,492) qapayır. Avropadan ən yaxşı göstəriciyə malik Berbatov 11-ci yerdə, dünyanın ən bahalı futbolçusu olan “Real”ın portuqaliyalı futbolçusu Kriştianu Ronaldo (6,038) onun ən yaxın izləyicisidir.

Türkiyənin 140 nəfərlik siyahıda 3 təmsilçisi var. Bunlar Arda Turan (“Qalatasaray”, 14-cü yer, 4,526), Volkan Şən (“Bursaspor”, 24-cü, 2,559) və Əmrə Belözoğludur (“Fənərbaxça”, 28-ci, 1,711).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR