Aleksandr Starkov 3 futbolçudan imtina edib

Aleksandr Starkov 3 futbolçudan imtina edib
# 21 yanvar 2011 13:36 (UTC +04:00)
Bakı – APA. “Bakı” klubunun yeni baş məşqçisi Aleksandr Starkov heyətlə bağlı ilk islahatlara başlayıb. Apasport.az saytının məlumatına görə, latviyalı mütəxəssis cənubi amerikalılar – Jaba, Leandro Roşa və Cefferson Anqulonun xidmətindən imtina etməyi qərara alıb. Braziliyalı ilk 2 futbolçu “Bakı”nın əsas heyət oyunçuları olduğu halda, cinah yarımmüdafiəçisi Ceffeson isə daha çox ehtiyatda qalırdı. Komandanın əsas hücumçusu olan Jaba 2009-cu ilin yayında makedoniyalı Qyoko Hacıyevskinin, oyun qurucusu Roşa ilə Anqulo isə Starkovun əvəzlədiyi almaniyalı Vinfred Şaferin vaxtında transfer olunmuşdu. Latviyalı onları yeni futbolçularla əvəzləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR