Azərbaycan klubları Rusiyanın rekorduna şərik oldu

Azərbaycan klubları Rusiyanın rekorduna şərik oldu
# 24 yanvar 2011 09:17 (UTC +04:00)
Bakı – APA. Azərbaycan klubları 19 ildir keçirilən ənənəvi “Birlik kuboku” turnirinin liderləri sırasında yer aldı. Apasport.az saytının məlumatına görə, ölkəmiz 3 müxtəlif klubla yarışın qalibi olmaqla, Rusiyanın analoji rekordunu təkrarlayıb. “Birlik kuboku”nu hamıdan çox qazanan şimal qonşularımız Moskvanın “Spartak” və “Lokomotiv”, habelə Kazanın “Rubin” klubları, biz isə “Neftçi”, “Xəzər Lənkəran” və “İnter”lə buna nail olmuşuq. Hər iki ölkədə uğurun 2-ci paytaxt, biri əyalət təmsilçisinin hesabına qazanılıb. “Lokomotiv” 2005-ci ildə məhz “Neftçi”ni yenərək (2:1), qalib olub. Ölkəmiz “Birlik kuboku”nda qaliblərin sırasında 3-cü yerə qalxaraq, Moldovanı qabaqladı, Ukraynaya yaxınlaşdı.

“Birlik kuboku”nun bütün qalibləri

Rusiya – 8 dəfə (“Spartak, 1993, 94, 95, 99, 2000, 2001, “Lokomotiv”, 2005, “Rubin”, 2010)
Ukrayna – 4 (“Dinamo”, Kiyev, 1996, 97, 98, 2002 )
AZƏRBAYCAN – 3 (“Neftçi”, 2006, “Xəzər Lənkəran”, 2008, “İnter”, 2010)
Moldova – 2 (“Şerif”, 2003, 09)
Gürcüstan – 1 (“Dinamo”, Tiflis, 2004)
Özbəkistan – 1 (“Paxtakor, 2007)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR