Berti Foqts: “Bu, əsl komanda oyununun göstəricisidir”

Berti Foqts: “Bu, əsl komanda oyununun göstəricisidir”
# 25 yanvar 2011 09:02 (UTC +04:00)
Bakı – APA. “İlk növbədə “İnter”i bu qələbə münasibətilə təbrik edirəm. İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssis AFFA-nın rəsmi internet saytına açıqlamasında Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku”nda qalib gələn “İnter”in uğuruna münasibət bildirib: “İnter”in turnir ərzində qapısının toxunulmazlığını qoruyaraq ardıcıl qələbələr qazanması əsl komanda oyununun göstəricisidir. Belə qələbələrin sayının çox olmasını və Azərbaycan futbolunun inkişafına töhfə verməsini arzu edirəm”.

Qeyd edək ki, Bakının “İnter” klubu ənənəvi “Birlik kuboku” turnirində qalib gələn 3-cü Azərbaycan komandasıdır. Onlaradək “Neftçi” 2006, “Xəzər Lənkəran” 2008-ci ildə kubokun sahibi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR