Beşiktaş 1- 4 Dinamo Kiyev

Beşiktaş 1- 4 Dinamo Kiyev
# 17 fevral 2011 20:56 (UTC +04:00)
Bakı-APA. Avropa Liqasının 1/16 mərhələsinin finalının ilk matçında Kiyevin Dinamo klubu Türkiyənin Beşiktaş klubunu 4-1 hesabı ilə məğlub edib.

APA-nın verdiyi xəbərə görə, İstanbulda keçirilən oyunda ilk qolu oyunun 27-ci dəqiqəsində Ukrayna komandasının oyunçusu Oqnen Vukoyeviç vurub.

Bundan sonra Beşiktaşın oyunçusu Rekardo Kuarejma hesabı bərabərləşdirib.

Daha sonra Dinamo klubunun futbolçuları Andrey Şevçenko, Ayila Yusuf və Qusev hərəyə bir qol vuraraq hesabı Dinamo klubunun xeyrinə başa çatdırdılar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR