“Neftçi” klubların reytinq siyahısında 586-cı yerdədir

“Neftçi” klubların reytinq siyahısında 586-cı yerdədir
# 18 fevral 2011 08:30 (UTC +04:00)
Bakı - APA. XXI əsrin ən güclü futbol klublarının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 il üçün dünyanın ən güclü 1000 komandasının siyahısını açıqlayıb.

İlk 9 pillədə Avropa klubları qərarlaşıb ki, 2550 xala malik İspaniya “Barselona”sı zirvədə qərarlaşıb. İngiltərə təmsilçiləri “Mançester Yunayted” (2523), “Liverpul” (2414) və “Arsenal” (2410) növbəti 3 pilləni tutub.

İtaliya “İnter”i (2358) 5-ci, Almaniya “Bavariya”sı (2315) 6-cı yerdədir. “Milan” (İtaliya) 2296, “Real” (İspaniya) 2257, “Çelsi” (İngiltərə) 2235, “Boka Xuniors” (Argentina) 2095 klubları da ilk “onluq”da yer alıb.

Siyahıda Azərbaycan təmsilçiləri də var. Belə ki, 5 komandamız “Top-1000”ə daxil olub. Ən yaxşı klubumuz olan “Neftçi” 392 xalla 586-cı yerdədir. “Qarabağ” 366,5 xalla 634-cü, “Bakı” 327 xalla 731-ci, “İnter” 266,5 xalla 915-ci, “Xəzər Lənkəran” 265 xalla 925-ci yerə sahib olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR