Mahmud Qurbanov Azərbaycan çempionatında 400-cü oyununa çıxır

Mahmud Qurbanov Azərbaycan çempionatında 400-cü oyununa çıxır
# 16 mart 2011 12:23 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Premyer Liqasının XXIV turu yeni rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq futbolçusu Mahmud Qurbanov ölkə çempionatlarında 400-cü oyununun ərəfəsindədir.

38 yaşlı veteran futbolçu martın 18-də keçiriləcək “İnter”lə qarşılaşmada meydana çıxacağı halda, 4-cü “yüzlüyü” tamamlayacaq. Mahmud futbol tariximizə buna nail olan ilk futbolçu kimi düşəcək. Bu günə kimi çempionatda meydana çıxdığı 399 matçda 61 qol vuran Qurbanovun yubiley oyunu sabiq komandasına qarşı olacaq. Belə ki, o, “Bakı”ya “İnter”dən keçmişdi.

Bu göstəricidə ən yaxın izləyicisi Aslan Kərimovu xeyli qabaqlayan Mahmud 400-ə çatana qədər 6 klubun formasını geyinib. Onların hər biri ilə çempionluq sevinci yaşayan yarımmüdafiəçi Azərbaycanın ən titullu futbol adamıdır. Belə ki, nə məşqçi, nə də futbolçular arasında bu qədər mükafat qazanana rast gəlmək olar.

“Kəpəz”lə 1994/95, 1997/98, 1998/99, “Şəmkir”lə 1999/2000, 2000/01, “Neftçi” ilə 2003/04, 2004/05 mövsümlərində qızıl medal qazanan orta sahə oyunçusu 2006/07-də “Xəzər Lənkəran”, 2007/08-də “İnter”, 2008/09-da “Bakı” ilə titul qazanıb. On qat Azərbaycan çempionunun daha 2 qızıl medalı haqsızlığın qurbanı olub.

1996/97-də əsasnamə “Neftçi”nin əldə etdiyi birinciliyin “Qarabağ”a verilməsi ilə nəticələnib. Bu gün “Neftçi” də, sonradan yaranan PFL də həmin çempionluğu “ağ-qaralar”ın ayağına yazsa da, 14 il əvvəl təqdim olunan qızıllar ağdamlılara verilib. 2001/02 mövsümündə isə çempionluğun 1 addımlığında olan “Şəmkir” və Qurbanov “Neftçi”ylə “Xəzər Universiteti”nin (indiki “İnter”) başçılıq etdiyi qiyamçıların “qurbanı” oldu və çempionat sona çatdırılmadı.

1996/97 mövsümündə “Neftçi”də gümüşlə kifayətlənən (həmin vaxt qalmaqallı çempionat üzündən gümüşdən də imtina olunmuşdu) Mahmud ötən il 2-ci dəfə ikinciliklə barışdı. Bu, “Bakı”da qazanılan medal idi. 1993/94, 1995/96 mövsümlərində isə “Kəpəz”in yarımmüdafiəçisi komandası ilə birgə bürünc qazanıb.

10 qızıl, 2 gümüş və 2 bürüncü olan yarımmüdafiəçi yalnız 3 dəfə - 1992, 1993 və 2005/06 mövsümlərində çempionatı medalsız bitirib. Bunlardan da biri qalmaqal üzündən əldən gedib. Belə ki, 1993-cü ildə pley-offla başa çatan çempionatın yarımfinaldakı “Xəzər”lə (Sumqayıt) oyunundakı qələbə əvvəl ləğv edildi. Təkrar oyun uduzulandan sonra bir neçə futbolçu cəzalandırıldı. Nəticədə gəncəlilər 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina etdilər. Hərçənd, bürüncün qazanılma ehtimalı istisna deyildi.

Mahmud Qurbanov Azərbaycan çempionatlarında

1992 

Kəpəz 

30 

1993 

Kəpəz 

15 

1993/94 

Kəpəz 

25 

1994/95 

Kəpəz 

20 

1995/96 

Kəpəz 

20 

1996/97 

Neftçi 

23 

1997/98 

Kəpəz 

24 

1998/99 

Kəpəz 

34 

1999/2000 

Şəmkir 

21 

2000/01 

Şəmkir 

19 

2001/02 

Şəmkir 

23 

2003/04 

Neftçi 

2004/05 

Neftçi 

32

2005/06 

Xəzər Lənkəran 

25 

2006/07 

Xəzər Lənkəran 

24 

2007/08 

İnter 

23 

2008/09 

İnter 

2008/09 

Bakı 

13 

2009/10 

Bakı 

11 

2010/11 

Bakı 

 

Kəpəz 

168 

32 

 

Neftçi 

59 

 

Şəmkir 

63 

16 

 

Xəzər Lənkəran 

49 

 

İnter 

27 

 

Bakı 

33 

 

Cəmi 

399

61 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR