Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb
# 18 mart 2011 12:38 (UTC +04:00)
Bakı – APA. Bu gün UEFA Çempionlar Liqasının (ÇL) püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, püşk 1/4 finalda İngiltərə nəhənglərini üz-üzə qoyub.

Premyer Liqada əzəli rəqiblər olan “Çelsi” ilə “Mançester Yunayted” bu dəfə ÇL-də rəqib olacaqlar. Bu isə yarımfinalda ən azı bir İngilis təmsilçisinin olacağı deməkdir.
Çempionluğa oynayan bu komandalar 2008-ci ilin finalında görüşmüşdülər. Onda Moskvanın “Lujniki” stadionunda keçirilən oyun 1:1 hesabı ilə nəticələnmişdi. Qalibi müəyyənləşdirmək üçün oyun sonrası təyin edilən penaltilər seriyasını “Mançester Yunayted” daha dəqiq yerinə yetirmişdi.

1/4 finalın debütantları olan “Tottenhem”, “Şaxtyor” və “Şalke”ni çox çətin sınaq gözləyir. Belə ki, onlar müvafiq olaraq “Real”, “Barselona” və “İnter”lə qarşılaşacaqlar.

Yarımfinalın püşkü də indi atıldığından, bu mərhələdə maraqlı mübarizənin olacağını deyə bilərik. Belə ki, hər şey “Real” – “Barselona” derbisinə doğru gedir. Maraqlıdır ki, əzəli rəqiblər aprelin ortasında 3 gündə 2 dəfə görüşəcək. Bunlardan biri çempionatda, digəri ölkə kubokunun final oyunu olacaq. “Real”la “Barselona” 1/4 finalda gözlənilən qələbələrini qazanarsa, 2 həftədə 4 dəfə görüşməli olacaq ki, bu, bütün dünya üçün əsl futbol bayramı olacaq.

1/4 final
I “Real” - Tottenhem”
II “Çelsi” - “Mançester Yunayted”
III “Barselona” - “Şaxtyor”
IV “İnter” - “Şalke”

Yarımfinal
IV cütün qalibi - II cütün qalibi
I cütün qalibi - III cütün qalibi

1/4 final oyunları aprelin 5-6-da və 12-13-də, yarımfinal görüşləri aprelin 26-27-də, mayın 3-4-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR