“Real” Türkiyə yığmasının futbolçusunu transfer etdi

“Real” Türkiyə yığmasının futbolçusunu transfer etdi
# 02 may 2011 13:06 (UTC +04:00)
Bakı – APA. Türkiyə millisinin futbolçusu Nuri Şahin karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ı Dortmund “Borussiya”sının heyətində ötən həftə Almaniya çempionluğu qazanan yarımmüdafiəçinin keçidini həll edib.

Nuri Avropanın bir sıra güclü klublarının transfer siyahısında yer alsa da, “Kral klubu” daha cəld tərpənib. Bu transfer ispaniyalılara 17,5 milyon avroya başa gəlib.

Qeyd edək ki, Nuri “Real”da oynayan 2-ci türk futbolçu olacaq. Ancaq Məsut Özil milliyətcə türk olsa da, Almaniya vətəndaşlığını daşıyır. Nuri ötən il əvvəl “Borussiya”, sonra Türkiyə yığmasının heyətində ölkəmizə gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR