“Turan” klubunun məşqçisi meydanda insult keçirdi

“Turan” klubunun məşqçisi meydanda insult keçirdi
# 06 may 2011 08:57 (UTC +04:00)
Bakı – APA. “Turan” klubunun məşqi zamanı xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisinin hazırlığı zamanı məşqçi Sakit Alıyevin sağlıq durumunda ciddi problem yaranıb.

Belə ki, 45 yaşlı çalışdırıcı məşq zamanı insult keçirdiyindən yerə yıxılıb. Məlumata görə, onun beyninə qan sızıb, hazırda Tovuz rayon xəstəxanasında həkim nəzarəti altındadır.

Qeyd edək ki, mövsümün startında “Turan”a rəhbərlik edən Alıyev baş məşqçi Naci Şensoyun cəzalı olduğu son turda da komandanı meydana çıxarmışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR