AFFA prezidenti: “Yaxın illərdə Azərbaycanda əksər futbol klublarının öz stadionları olacaq”

AFFA prezidenti: “Yaxın illərdə Azərbaycanda əksər futbol klublarının öz stadionları olacaq”
# 09 may 2011 16:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Yaxın illərdə Azərbaycanda əksər futbol klublarının öz stadionları olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev deyib. Yaxın vaxtlarda “Bakı” klubunun stadionunun açılış mərasiminin keçiriləcəyini söyləyən AFFA prezidenti, digər klubların da bu sahədə həyata keçirdiyi və keçirəcəyi işlərdən danışıb: “Azal-Şüvəlan” klubunun stadionunun tikintisi başa çatdırılıb və hazırda fəaliyyət göstərir. Hazırda “Sumqayıt” komandası yaranıb və “Azərikimya” İstehsalat Birliyi ona sponsorluq edir. Bu komanda Premyer-liqaya çıxmaq istəyir. Artıq Sumqayıt stadionunda təmir başlanıb və avqust ayına qədər işlər yekunlaşacaq. Gəncə stadionunun təmiri barədə düşünürük, maliyyə mənbələri axtarırıq. Futbolun inkişafında Gəncə klubunun olması önəmlidir. “Turan” klubuna hər cür dəstək göstəririk. Stadionu normal vəziyyətdədir. “Qəbələ” klubu isə möhtəşəm stadionun tikintisinə başlayıb”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR