“Arsenal” - “Qəbələ” görüşünün vaxtı dəqiqləşdi

“Arsenal” - “Qəbələ” görüşünün vaxtı dəqiqləşdi
# 18 may 2011 09:03 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” növbəti mövsümə İngiltərədə hazırlaşacaq. Bu barədə apasport.az saytına klubun baş meneceri Zaur Əzizovun məlumat verib. O bildirib ki, komanda ingilis baş məşqçi Toni Adamsın rəhbərliyi altında Londonda 10 günlük təlim-məşq toplanışında olacaq.

“Növbəti mövsümün hazırlığına iyulun 5-də Qəbələdə başlayacağıq. Komandamız iyulun 18-də İngiltərəyə 10 günlük toplanışa yollanacaq. Orada yerli klublarla bir neçə yoxlama oyunu keçirəcəyik. 3 rəqib artıq məlumdur. İyulun 20-də aşağı divizion təmsilçisi “Barnet”lə görüşəcəyik. 6 gün sonra London “Arsenal”ının əvəzedici komandası ilə yoxlama oyunu olacaq. Ertəsi digər aşağı divizion təmsilçisi “Luton Park”la görüşəcəyik” – deyə, Əzizov bildirib.

Baş menecerin sözlərinə görə, iyulun 23-də də İngiltərə təmsilçilərindən biri ilə görüşmək variantı var: “Rəqib hələ dəqiqləşməyib. İyulun 28-də vətənə qayıdacaq komanda son yoxlama oyunu vətəndə keçirəcək. Bu, iyulun 30-u, yaxud 31-də Qəbələdə olacaq”.

Qeyd edək ki, “Qəbələ”nin “Barnet” və “Luton Park”la görüşləri yerli vaxtla 19:45-də, “Arsenal”la matçı 11:00-da başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR