“Qarabağ” Avroliqada yeni mövsümdə böyük hesablı səfərə qələbəsi ilə başladı

“Qarabağ” Avroliqada yeni mövsümdə böyük hesablı səfərə qələbəsi ilə başladı
# 01 iyul 2011 08:51 (UTC +04:00)
Bakı – APA. Avropa Liqasının 2011/12 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, qitənin klub səviyyəsində 2-ci dərəcəli turnirinin cari mövsümü 50 klubun iştirakı ilə start götürüb. Belə ki, I təsnifat mərhələsində 32 ölkənin təmsilçiləri 25 cütlük təşkil edib.

İlk oyunlarına çıxan bu komandalar sırasında 2 Azərbaycan təmsilçisi – AZAL və “Qarabağ” da olub. Təmsilçilərimiz avrokuboklarda yeni mövsümə məğlubiyyətsiz start götürməyimizə nal olublar. “Qarabağ” səfərdə Litvanın “Banqa” klubunu darmadağın etməklə cavab görüşünü formallığa çeviribsə, UEFA-nın “Olimpik-Şüvəlan” kimi göstərdiyi komandamız “Minsk”lə evdə 1:1 hesablı bərabərlik etməklə, mərhələ keçmək işini çətinləşdirib. İndi AZAL buna nail olmaq üçün mütləq səfərdə qol vurmalıdır.

Yalnız 3 komanda səfərdə böyük hesabla qalib gəlib. Bunlar “Tromse”, “Qarabağ” və “Rabotniçki”dir. 4 qol fərqi ilə qalib gələn “Qarabağ” bu mənada yalnız “Tromse”dən geri qalıb.

Avroliqa, I təsnifat mərhələsinin ilk oyunları

AZAL (Azərbaycan) - “Minsk” (Belarus) – 1:1
“Banqa” (Litva) - “Qarabağ” (Azərbaycan) – 0:4

“Banants” (Ermənistan) – “Metallurq” (Gürcüstan) – 0:1
“Trans” (Estoniya) - “Rabotniçki” (Makedoniya) – 1:4
“Rad” (Serbiya) - “Tre Penne” (San-Marino) – 6:0
“Dauqava” (Latviya) - “Tromse” (Norveç) – 0:5
“Elfsborq” (İsveç) – Eş (Lüksemburq) – 4:0
“Honka” (Finlandiya) - “Kalyu” (Estoniya) – 0:0
“Varajdin” (Xorvatiya) - “Lusitanos” (Andorra) – 5:1
“Ferensvaroş” (Macarıstan) - “Uliss” (Ermənistan) – 3:0
“Santa Koloma” (Andorra) - “Paksi” (Macarıstan) – 0:1
“Olesund” (Norveç) - “Nit” (Uels) – 4:1
“Dinamo” (Gürcüstan) - “Milsami” (Moldova) – 2:0
“Spartak” (Slovakiya) - “Zeta” (Çernoqoriya) – 3:0
“Fulafyordur” (Farer adaları) - “Reykyavik” (İslandiya) – 1:3
“Vestmannaeyar” (İslandiya) - “Sent Patriks” (İrlandiya) – 1:0
“Keryenq” (Lüksemburq) - “Hakken” (İsveç) – 1:1
TNS (Uels) - “Kliftonvill” (Şimali İrlandiya) – 1:1
“Fulhem” (İngiltərə) - “Runavik” (Farer adaları) – 3:0
“Yagelloniya” (Polşa) - “İrtış” (Qazaxıstan) – 1:0
“Birkirkara” (Malta) - “Vlajniya” (Albaniya) – 0:1
“Renova” (Makedoniya) - “Qlentoran” (Şimali İrlandiya) – 2:1
“Koper” (Sloveniya) - “Şaxtyor” (Qazaxıstan) – 1:1
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Olimpiya” (Sloveniya) – 0:0
“Buduçnost” (Çernoqoriya) - “Flyamurtari” (Albaniaya) – 1:3

Qeyd edək ki, cavab oyunları iyulun 7-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR