Prokuror “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs olunması barədə məhkəməyə müraciət edib

Prokuror “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs olunması barədə məhkəməyə müraciət edib
# 08 iyul 2011 21:29 (UTC +04:00)
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dindirmədən sonra Mehmet Berk Əziz Yıldırım barədə həbs-qətimkan tədbirinin görülməsinə dair İstanbul Ağır Cəza Məhkəməsinə müraciət edib.

Əziz Yıldırım prokurorluqda susmaq hüququndan istifadə etmək istəsə də, vəkilləri onu ifadə verməyə razı sala biliblər. Vəkillər bildiriblər ki, Əziz Yıldırım prokurorun 300 sualına cavab verməli olub.

Dindirilmə zamanı Yıldırım diabet və yüksək təzyiqlə bağlı tibbi yardım alıb. “Fənərbağça” futbol klubunun digər rəsmiləri prokurorluğun ətrafındakı kafelərdə dindirmənin hansı nəticə ilə bitəcəyini gözləyiblər.

Xatırladaq ki, “Fənərbağça” klubunun vitse-prezidenti Şekip Mosturoğlu, klubun direktoru İlhan Ekşioğlu, “Sivasspor” futbol klubunun prezidenti Məcnun Odyakmaz, “Eskişehirspor” komandasının baş məşqçisi Bülənt Uygun, klubun direktoru Ümit Karan, “Sivassporun” qapıçısı Korcan Çelikay və daha 25 nəfər həbs olunub.

Bir qədər əvvəl həbs olunan fənərbağçalı futbolçular Emmanuel Emenike və Sezər Öztürk, eskişehirsporlu futbolçu Mehmet Yıldız və Adanasporun baş məşqcisi Levent Ərisin və digər 24 nəfər sərbəst buraxılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR