Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb
# 15 iyul 2011 12:41 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərinki mənzil-qərargahımda keçirilən tədbirdə turnirdəki yeganə təmsilçimiz olan “Neftçi”nin potensial rəqibi müəyyənləşib. Çempionumuz II mərhələdə rəqibi olan Zaqreb “Dinamo”sunu keçərsə, “HİK” (Finlandiya) – “Banqor Siti” (Uels) cütünün qalibi ilə görüşəcək. Püşkə görə, “Neftçi” III mərhələdə oynayarsa, yenə ilk görüşünü səfərdə keçirəcək. HİK ilk matçda səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələyə demək olar çıxıb. “Dinamo” isə evdə eyni hesabla qalib gəlməklə, mərhələ adlamaq şansını yüksəldib.

Türkiyənin vitse-çempionu “Trabzonspor”un bəxti gətirməyib. Hər halda, onun rəqibi Portuqaliyanın ən titullu klublarından biri, ötən mövsüm Avroliqanın yarımfinalında oynayan “Benfika”dır. “Rubin”lə Kiyev “Dinamo” isə yenə ÇL-də görüşəcəklər. Ancaq postsovet məkanının təmsilçiləri bu dəfə qrup mərhələsində yox, III təsnifat mərhələsində bir-birinə rəqib olublar.

Çempionlar Liqası, III təsnifat mərhələsi

1. “Moqren” (Çernoqoriya) - “Liteks” (Bolqarıstan) cütünün qalibi - "Skonto" (Latviya) - "Visla"(Krakov, Polşa) cütünün qalibi

2. "Makkabi" (Hayfa, İsrail) - "Boras" (Bosniya və Herseqovina) cütünün qalibi - “Maribor” (Sloveniya) – “Dudelanj” (Lüksemburq) cütünün qalibi

3. HİK (Finlandiya) - "Banqor Siti" (Uels) cütünün qalibi - "Dinamo" (Zaqreb, Xorvatiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

4. "Skenderbeu" (Albaniya) - APOEL (Kipr) cütünün qalibi - “Slovan” (Slovakiya) – “Tobol” (Qazaxıstan) cütünün qalibi

5. “Kopenhagen” (Danimarka) - “Şemrok Rovers” (İrlandiya) - “Flora” (Estoniya) cütünün qalibi

6. “Genk” (Belçika) - "Partizan" (Serbiya)-"Şkendiya" (Makedoniya) cütünün qalibi

7. "Rusenborq" (Norveç) - "Breydablik" (İslandiya) cütünün qalibi - “Pünik” (Ermənistan) - “Viktoriya” (Çexiya) cütünün qalibi

8. "Zestafoni" (Gürcüstan) - "Daçiya" (Moldova) cütünün qalibi "Şturm" (Avstriya) - "Videoton" (Macarıstan) cütünün qalibi

9. “Valetta” (Malta) – “Ekranas” (Litva) cütünün qalibi - "Linfild" (Şimali İrlandiya) - BATE (Belarus) cütünün qalibi

10. “Reyncers” (Şotlandiya) - "Malmö" (İsveç)-"Torshavn" (Farer adaları) cütünün qalibi

11. “Standart” (Belçika) – “Sürix” (İsveçrə)

12. “Tvente” (Hollandiya) – “Vaslui” (Rumıniya)

13. “Benfika” (Portuqaliya) - “Trabzosnpor” (Türkiyə)

14. “Dinamo” (Kiyev, Ukrayna) – “Rubin” (Rusiya)

15. “Odense” (Danimarka) – “Panatinaikos” (Yunanıstan)


Qeyd edək ki, III mərhələnin oyunları iyulun 26-27 və avqustun 2-3-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR