“Brügge”nin baş məşqçisi: “Qarabağ” nəsə etməyə çətinlik çəkirdi”

“Brügge”nin baş məşqçisi: “Qarabağ” nəsə etməyə çətinlik çəkirdi”
# 29 iyul 2011 08:17 (UTC +04:00)
“İlk 10 dəqiqədə əla oynasaq da, sonra işləri korladıq. Ancaq bundan sonra özümüzə tez gəldik. “Qarabağ” bizə qarşı nə isə etməyə çətinlik çəkirdi. Matçın sonlarında onlar qapılarının ağzında oturmuşdular”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçikanın “Brügge” klubunun baş məşqçisi Adri Koster deyib.

Hollandiyalı mütəxəssis Avroliqanın III təsnifat mərhələsinin “Qarabağ”la ilk oyunu haqda fikirlərini açıqlayaraq, 4:1 hesablı qələbədən məmnunluğunu bildirib: “Düzdür, hesab 2:1 olanda onlar oyunlarını düzəltmişdilər. Bu da bizim günahımız idi ki, hücumlara çox aludə olmuşduq. Lakin xoşbəxtlikdən 3-cü qolu da vurduq. Bu hesabla növbəti mərhələyə yaxınıq. Lakin gələn həftə bizi çətin və uzaq səfər gözləyir. Rəqibin kapitanı da komandasına kömək edəcək. Həmin matçda biz ilk oyunu unudub hər şeyin 0:0-dan başlandığını düşünəcəyik. Çünki bizim üçün hər oyunda qələbə lazımdır. Qələbəyə baxmayaraq, bəzi futbolçulardan narazıyam. Ancaq zaman keçdikcə onlar da öz oyunlarını tapacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR