“Xəzər Lənkəran” klubu 4 futbolçudan imtina edib

“Xəzər Lənkəran” klubu 4 futbolçudan imtina edib
# 01 avqust 2011 13:59 (UTC +04:00)
Bakı – APA. “Xəzər Lənkəran” heyətində olan çoxlu legionerlərindən üçünü saxlamağa qərar verib. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisinin rəhbərliyi Avroliqada mübarizəni dayandırdıqdan sonra siyasətinə sadiq qalaraq, daha çox yerli futbolçulara güvənəcək.

Baş məşqçi Mirça Rednikin sərəncamında yayda “Styaua”dan gətirdikləri futbolçular qalır. Bunlar braziliyalılar – müdafiəçi Eder Bonifimlə yarımmüdafiəçi Rikardo Qomeş və rumıniyalı hücumçu Martius Onofraşdır.

Qalan legionerlərlə kompensasiya məsələsi həll olunaraq, müqavilələr qarşılıqlı razılıqla pozulub. Bunlar Bosniya və Herseqovina milli komandasının müdafiəçisi Veldin Muharremoviç, portuqaliyalı yarımmüdafiəçi Joao Paolo və rumıniyalı hücumçu Çaba Borbelidir.

“Xəzər Lənkəran” braziliyalı yarımmüdafiəçisi Dieqo Qusmaonu isə transferə çıxarıb. Onu əldə etmək istəyən komanda keçidi lənkəranlılarla həll etməlidir.

Qeyd edək ki, “Xəzər Lənkəran”ı 2008-ci ildə qışında gələn Dieqo “Birlik kuboku”, çempionatımızın gümüş medalını və 2 dəfə Azərbaycan kubokunu qazanıb. O, cənub təmsilçisinin hazırkı heyətində ən köhnə legionerdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR