“Beşiktaş”ın yeni baş məşqçisi portuqaliyalı oldu

“Beşiktaş”ın yeni baş məşqçisi portuqaliyalı oldu
# 02 avqust 2011 16:48 (UTC +04:00)
Bakı – APA. “Beşiktaş” rəhbərliyi yeni baş məşqçi ilə bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, istanbul təmsilçisinin rəhbərliyi adı danışılmış oyunlarda hallanan Tayfur Havutçunu portuqaliyalı mütəxəssis Karlos Karvalhalla əvəzləyib.

Məşqçilik karyerasının böyük hissəsi vətəni ilə bağlı olan 46 yaşlı çalışdırıcı son 10 ildə 12 komandaya rəhbərlik edib. Özü də Karvalhalın heç bir klubda üst-üstə 2 mövsüm işləmədiyi diqqət çəkir. Sonuncu dəfə Lissabon “Sportinq”ini çalışdıran portuqaliyalı 2009/10 mövsümündə komandanı 4-cü edəndən sonra vəzifəsindən ayrılıb.

Qeyd edək ki, “Beşiktaş”da portuqaliyalı futbolçular çoxdur və braziliyalıları da nəzərə alsaq, yeni çalışdırıcı 7 oyunçu ilə eyni dildə danışacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR