“Simurq” braziliyalı futbolçu ilə müqavilə bağladı

“Simurq” braziliyalı futbolçu ilə müqavilə bağladı
# 05 avqust 2011 14:23 (UTC +04:00)
Bakı – APA. Braziliyalı futbolçu Junivan Suaresin karyerasını “Simurq”da davam etdirəcəyi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi 33 yaşlı hücumçu ilə müqavilə bağlayıb.

Bir müddətdir “Simurq”un hazırlığında iştirak edən Suares yeni baş məşqçi Sergey Yuranın etimadını qazana bilib.

Qeyd edək ki, Junivan ölkəmizdə 2 müxtəlif vaxtda “Turan”, habelə “Olimpik” və “Gəncə”nin şərəfini qoruyub və ötən mövsüm bitəndə gəncəlilərlə yollarını ayırıb.

Bombardirlik keyfiyyətlərini nümayiş etdirən legionerin çempionatımızda yeganə mükafatı 2008-ci ildə “Olimpik”in heyətində çempionatımızın gümüş medal qazanması olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR