AFFA “Kəpəz” klubunu cərimələyib, ciddi sanksiya ilə hədələdi

AFFA “Kəpəz” klubunu cərimələyib, ciddi sanksiya ilə hədələdi
# 16 avqust 2011 10:03 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, iclasda qəbul olunmuş qərarda deyilir ki, Premyer Liqanın II turunun “Turan” – “Kəpəz” matçının 65-ci dəqiqəsində meydançaya gəncəli azarkeşləri tərəfindən atılmış kənar əşya (daş) yan xətt hakiminə dəyib və bu, oyunun 6 dəqiqə dayanmasına səbəb olub. AFFA yuxarıda göstərilənləri nəzərə alaraq, “Kəpəz” klubunu 2 min manat cərimə edib.
“Turan” klubuna ev oyunlarında ictimai təhlükəsizliyin maksimum dərəcədə qorunması üçün lazimi tədbirləri gücləndirmək tapşırılıb.
Qərarda deyilib ki, “Kəpəz” klubu azarkeşlərinin Premyer Liqa matçlarında davranışı ilə bağlı müvafiq tədbirlər görməlidir, əks halda, analoji hadisənin təkrarlanacağı təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR