Vüqar Nadirov: “Qarabağ”a göz dəyib

Vüqar Nadirov: “Qarabağ”a göz dəyib
# 22 avqust 2011 14:25 (UTC +04:00)
“Şükür Allaha müalicəm pis keçmədi. Orada həkim nəzarətində hər 2 gün məşq keçirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.

İyulun 28-də Avroliqanın III təsnifat mərhələsi çərçivəsində “Brugge” ilə səfər matçında zədələnən 23 yaşlı forvard Türkiyədə müalicəsini yekunlaşdıraraq Bakıya dönüb.

O, “Qarabağ”ın rəsmi saytına açıqlamasında bildirib ki, tezliklə komandaya qoşulacaq: “Yadıma gəlmir, axırıncı dəfə nə vaxt bu qədər futboldan uzaq qalmışdım. Topdan ötrü çox darıxmışam. Tezliklə meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Hələ 4-5 gün fərdi olaraq çalışacam. Sonra isə kollektiv məşqlərə başlayacam. İnsallah, “Rəvan”la oyuna tam hazır olacam”.

Nadirovun sözlərinə görə, zədədən əziyyət çəkən 6-7 komanda yoldaşının hamısı meydana qayıtdıqdan sonra “Qarabağ” daha da güclənəcək: “Həqiqətən, zədə epidemiyası yaman ağır oldu. Sanki, komandaya göz dəyib. Hər gün kimsə zədələnir. Amma “Qarabağ” elə komandadır ki, meydanda kim olmasına baxmayaraq, qələbə üçün oynayır. “İnter”lə oyunu izləyə bildim. “Kəpəz”lə matçı isə sadəcə internetdən izlədim. Sevinirəm ki, bu qədər itkiyə baxmayaraq komandamız ilk 2 turu qələbəylə başa vurub. Zədəlilər döndükdən sonra komandamız daha da güclənəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR