“Fənərbağça” klubunun 1-ci vitse-prezidenti istefa verib

“Fənərbağça” klubunun 1-ci vitse-prezidenti istefa verib
# 25 avqust 2011 14:49 (UTC +04:00)
APA-nın xəbərinə görə, N. Özdəmir istefa qərarını İdarə Heyətinin bu gün keçirilən iclasında elan edib.

İclasdan əvvəl N. Özdəmir də daxil olmaqla, rəhbərliyə daxil olan bir qrup şəxs İstanbuldakı “Metris” həbsxanasına gedərək klubun həbsdə olan prezidenti Əziz Yıldırımla görüşüb. N. Özdəmirin istefasının səbəbləri hələlik bəlli deyil.

Xatırladaq ki, Türkiyə Futbol Federasiyası avqustun 24-də son çempion “Fənərbağça” futbol komandasını Avropa Çempionlar Liqasına qatılmaq hüququndan məhrum edib. Qərar “Fənərbağça” rəhbərliyinin ötən mövsümdə Türkiyə çempionatında danışılmış oyunların təşkilində ittiham olunması ilə bağlıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR