Moskvada keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə Avropa Kuboku turnirində Azərbaycan yığması ikinci yeri tutub

Moskvada keçirilən sərbəst və Yunan-Roma güləşi üzrə Avropa Kuboku turnirində Azərbaycan yığması ikinci yeri tutub
# 13 noyabr 2011 17:02 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Rusiyanın paytaxtında keçirilən sərbəst və yunan-roma güləşi üzrə Avropa Kuboku turniri başa çatıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Moskva ulduzlar” adı altında keçirilən turnirdə Azərbaycan yığma komandası komanda hesabında ikinci yeri tutaraq gümüş medalın sahibi olub. Turnirin final mərhələsində Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan, Bolqarıstan, Macarıstan, Ukrayna və Belarus yığma komandaları mübarizə aparıblar.

İkinci qrupda mübarizə aparan sərbəst güləş üzrə yığma komandamız Bolqarıstan komandasını 6:1, Belarus komandasını 7:0 hesabı ilə məğlub edərək, finala yüksəlib. Eyni hesabla Yunan-Roma güləşi üzrə yığma komanda da rəqiblərini məğlub edərək, finala yüksəlib.

Finalda yığmamızın rəqibi Türkiyə və Gürcüstanı böyük hesabla məğlub edən Russiya komandası olub. Yığma komandamız Rusiyaya 4:3 hesabı ilə məğlub olub.

Sərbəst güləş üzrə 60 kq çəkidə Azərbaycan yığmasının üzvü Toğrul Əsgərov rusiyalı rəqibi İslam Akiyevi məğlub edərək turnirin qızıl medalına layiq görülüb. 66 kq çəkidə Emin Əzizov rəqibi Soslan Romanovu 74 kq çəkidə, Aleksandr Qostiyev isə rəqibi Muslim Dadayevi məğlub edərək komandamıza növbəti qızıl medalları qazandırıblar. 55 kq çəkidə Mahmud Maqomedov, 84 kq çəkidə Temrezov Novruz, 96 kq çəkidə Hacı Əlicanov və 120 kq çəkidə Aslan Dzebişov rəqiblərinə uduzaraq gümüş medalla kifayətləniblər.

Yunan-Roma güləşi üzrə yığma komandamızın bütün üzvləri finalda rəqiblərinə 7:0 uduzaraq gümüş medalların sahibi olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR