Berti Foqts: “Bizim üçün hər oyun bir sınaqdır”

Berti Foqts: “Bizim üçün hər oyun bir sınaqdır”
# 14 noyabr 2011 09:59 (UTC +04:00)
Bakı – APA. “Almaniya paytaxtı Berlinə gəlməyimə çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

65 yaşlı almaniyalı mütəxəssis yığmamızın “Union Berlin”lə yoldaşlıq oyunu ərəfəsində qarşılaşma haqda fikirlərini açıqlayıb. O, Almaniya paytaxtında yığmamızı qarşılayan jurnalistlərə qısa da olsa açıqlama verib: “Klubla qarşılaşsaq da, oyuna ciddi yanaşırıq. Çünki bizim üçün hər oyun bir sınaqdır. “Union Berlin”lə görüş də istisna deyil”.

Qeyd edək ki, millimizin 2011-ci ildəki sonuncu oyunu sabah keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR