Rövnəq Abdullayev: “Bu qərarın düzgün olduğuna inanıram”

Rövnəq Abdullayev: “Bu qərarın düzgün olduğuna inanıram”
# 30 noyabr 2011 14:42 (UTC +04:00)
İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra fikirlərini açıqlayan assosiasiya rəhbəri bildirib ki, toplantıya qatılanlar baş məşqçi Berti Foqtsun müqaviləsinin artırılması fikrini bəyəniblər: “Berti Foqtsla müqavilənin 2014-cü ilə qədər artırılması barədə qərar qəbul etdik. Bu qərarın düzgün olduğuna və dünya çempionatının seçmə mərhələsində uğurlu nəticələr qazana biləcəyimizə inanıram”.

Abdullayev daha sonra “İnter” klubunun “Şəfa” stadionu ilə bağlı müraciətinə də toxunub: “Bildiyiniz kimi, bir neçə il əvvəl “Şəfa” stadionu “İnter” Peşəkar İdman Klubuna icarəyə verilmişdi. Klub tərəfindən bu stadionun yenidən qurulması üçün xeyli iş görülüb, sərmayə yatırılıb. Mövcud müqaviləyə görə, klub stadionu tərk edəcəyi halda, AFFA sərf olunan sərmayəni kluba qaytarmalı idi. “İnter” klubu “Şəfa” stadionunu almaq istəyi ilə bağlı bizə müraciət etdi və qərara gəldik ki, stadionu bazar qiymətlərinə uyğun olaraq kluba sataq. Bu halda, klub sərmayəni artıq özünə məxsus olan stadiona yatıracaq. “Şəfa”nın satışından əldə olunan vəsait isə AFFA tərəfindən inşa olunan digər stadionlara sərf olunacaq. Bildiyiniz kimi, hazırda 8-ci kilometr və Bayıl qəsəbələrində AFFA tərəfindən stadionların tikintisi davam etdirilir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR