AFFA yeni stadionları mayda təhvil verəcək
09 mart 2012 08:42 (UTC +04:00)
Bakı – APA. Bu il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin açılış matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
O, mərkəzi arenada yenidənqurma işlərinin davam etdiyini bildirməklə yanaşı, ölkəmizdə yeni tikilən stadionlar haqda da fikirlərini söyləyib: “Son 8 ildə ölkədə 76 stadionun tikilib. Ötən il "Dalğa Arena" istifadəyə verildi. Daha 3 stadionun tikintisi isə davam edir. 65 minlik olimpiya stadionu ilə yanaşı, tikintisi davam edən 8 km qəsəbəsində 12 minlik və 20-ci sahə ərazisində 5 minlik meydançalar may ayında təhvil veriləcək”.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 22-dək oktyabrın 13-dək keçiriləcək.

Futbol
“Arsenal” Arteta ilə yeni müqavilə imzalayıb
18:34
12 sentyabr 2024
DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub
09:50
11 sentyabr 2024
Serxio Ramos karyerasını Braziliyada davam etdirə bilər
00:54
11 sentyabr 2024
"Qarabağ"ın futbolçusu Türkiyə klubuna keçib
22:39
10 sentyabr 2024