AFFA “Qarabağ” klubunun məşqçisini cəzalandırıb

AFFA “Qarabağ” klubunun məşqçisini cəzalandırıb
# 13 mart 2012 09:44 (UTC +04:00)
Bakı – APA. Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın ötən turunda qırmızı vərəqə alan 3 futbolçunun cəzaları müxtəlif olub.

Belə ki, “Simurq” – “Kəpəz” oyununda bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Ceyhun Sultanovla Vasili Yanotovski hərəyə 2 oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb. “İnter”in futbolçusu Asif Məmmədov “Bakı” ilə səfər görüşündə 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib.

“Qarabağ”ın məşqçisi Elçin Rəhmanov “Xəzər Lənkəran”la ev matçında “texniki zona” qaydalarını pozduğundan, 1 oyunluq cəzaya və 1000 manat cəriməyə məruz qalıb. “Qəbələ” – “Neftçi” matçında azarkeşlər meydana kənar əşyalar atdığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR