Azərbaycan yığmasının toplanışı təxirə salındı

Azərbaycan yığmasının toplanışı təxirə salındı
# 30 mart 2012 14:37 (UTC +04:00)
Bakı – APA. Futbol üzrə Azərbaycan milli komandasının aprelin 2-dən 5-dək Bakıda keçirilməli olan təlim-məşq toplanışı təxirə salınıb. Apasport.az saytının məlumatına görə, AFFA yığmanın hazırlıq planını dəyişmək qərarına gəlib. Buna Premyer Liqada vacib oyunların olması və klubların quruma müraciətləri səbəb olub. Bütün bunları nəzərə alan baş məşqçi Berti Foqtsun qərarı ilə millinin təlim-məşq toplanışı təxirə salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR