Serbiya Futbol Federasiyasının vitse-prezidenti: “Azərbaycan Avropa çempionatını keçirə bilər”

Serbiya Futbol Federasiyasının vitse-prezidenti: “Azərbaycan Avropa çempionatını keçirə bilər”
# 01 iyun 2012 11:13 (UTC +04:00)
Bakı – APA. “Azərbaycanın Gürcüstanla birlikdə AVRO-2020-nin ev sahibliyi üçün namizədliyini verdiyindən xəbərim var. Düşünürəm ki, bu, mümkündür”. Bu sözləri apasport.az saytına müsahibəsində Serbiya Futbol Federasiyasının vitse-prezidenti Draqan Corceviç deyib.

Qəbələdə keçirilən I Qəbələ Kubokunun qonağı olan SFF rəsmisi ölkəmizdə gördüyü meydanlar və şəraitdən razı qalıb.

O, gördüklərinə əsasən Azərbaycanın AVRO-2020-ni qəbul etmək perspektivinə münasibət bildirib: “Bu qənaətə Qəbələdə gördüklərimdən sonra gəldim. Burada gördüyüm infrastruktur, görülən işlərə əsasən deyə bilərəm ki, Qəbələdəki kimi digər yerlərdə də belə tikinti gedərsə, Azərbaycan Avropa çempionatını keçirə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR