Azad Rəhimov: “Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək təklifi uğurlu alınacaq”

Azad Rəhimov: “Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək təklifi uğurlu alınacaq”
# 05 iyun 2012 08:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan və Gürcüstanın 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək təklifi uğurlu alınacaq”. APA-nın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2016-cı ildə şahmat olimpiadası Azərbaycanda keçiriləcək. 2017-ci ildə isə Azərbaycanda islam oyunlarını təşkil edəcək.

Nazir qeyd edib ki, son illər ərzində Azərbaycanında idmanın maddi-texniki bazasına yarım milyard manata qədər investisiya qoyulub: “Hazırda Bakıda 80 min tamaşaçı tutumlu Olimpiya stadionu tikilir. Azərbaycan idman ölkəsidir. Ona görə də düşünürük ki, Azərbaycan dünya və Avropa səviyyəli yarışlara ev sahibliyi etməyə hazırdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR