Futbol üzrə növbəti Azərbaycan çempionatının başlanma vaxtı dəqiqləşib

Futbol üzrə növbəti Azərbaycan çempionatının başlanma vaxtı dəqiqləşib
# 06 iyun 2012 10:18 (UTC +04:00)
Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

XXI milli çempionatın avqustun 4-də start götürəcəyini bildirən Musayevin sözlərinə görə, bunadək klub nümayəndələrinin iştirakı ilə püşkatma keçiriləcək: “Növbəti çempionatın avqustun 4-də başlayacağı artıq dəqiqləşib. Buna qədər isə püşkatmanı keçirməliyik. Bunu iyulun ortalarına kimi reallaşdırmağı planlaşdırırıq”.

Avqustun 4-ü şənbə günüdür ki, bizdə turun oyunları adətən həftəsonu – şənbə və bazar keçirilir. Ancaq Musayev vurğulayıb ki, növbəti çempionatda fərqli olacaq: “Ola bilər oyunlar həftənin hər gününə düşdü. Çünki növbəti mövsümdə millinin oyunları, “altılıq” sistemi qaldığından, çempionatda 32 matç, üstəlik, kubok oyunları keçiriləcək. Yəni, qarşılaşmaların çoxluğuna görə təqvimdə sıxlıq yarandığından, matçları ara günlərə də salmağı nəzərdə tutmuşuq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR