Bu gün Avro-2012 başlayır

Bu gün Avro-2012 başlayır
# 08 iyun 2012 04:49 (UTC +04:00)
Bakı-APA. Bu gün Polşada futbol üzrə 14-cü Avropa çempionatı start götürəcək. APA-nın məlumatına görə, Varşavada keçiriləcək ilk oyunda A qrupunun nümayəndələri – meydan sahibləri Polşayla Avro-2004-ün qalibi Yunanıstan rastlaşacaqlar. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Maraqlıdır ki, 2004-cü ilin Avropa çempionatında da Yunanıstan millisi ilk oyunda meydana çıxaraq meydan sahibləri ilə qarşılaşmışdı. Həmin görüşdə yunanlar Portuqaliya yığmasına qalib gələrək sensasiyaya imza atmışdılar.

Saat 23.45-də isə qrupun digər iki komandası Rusiya və Çexiya qüvvələrini sınayacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR