“Neftçi”-“Bakı” oyununda kütləvi dava olub

“Neftçi”-“Bakı” oyununda kütləvi dava olub
# 08 iyun 2012 09:02 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, “Kapital Bank U-15 Liqası”nın “Neftçi” və “Bakı” arasında final oyunu böyük qalmaqalla nəticələnib. “Ağ-qaralar” 1:0 hesabı ilə qalib gəlib çempion olsa da, bununla kifayətlənməyib.

Belə ki, “Neftçi” tərəfdarları çempionluğu bayram etmək üçün meydana axışıb. Klubun rəhbərləri, azarkeşləri və futbolçuları bunu “Neftçi”nin adına yaraşmayan tərzdə ediblər. Onlar “Bakı”nın məğlub olan futbolçularını sillə-təpik altına salıblar. Nəticədə meydanda böyük iğtişaş baş verib. Hətta polislərin də aranı sakitləşdirməyi çətinliklə bacarıb. “Dalğa Arena”da yaşanan bu hadisələrdə xəsarət alan futbolçular da olub.

Qeyd edək ki, bu, paytaxt təmsilçiləri arasında ilk qalmaqal deyil. Təkcə cari mövsümdə komandaların əsas heyətlərinin oyunundan sonra yaşananları xatırlatmaq kifayətdir. Həmin vaxt “Neftçi”nin nümayəndələri “Bakı”nın futbolçusu Elvin Əliyevi döymüşdü.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR