Avro-2012-nin ilk oyununda Polşa və Yunanıstan heç-heçə oynayıblar

Avro-2012-nin ilk oyununda Polşa və Yunanıstan heç-heçə oynayıblar
# 08 iyun 2012 19:52 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə Avropa çempionatının ilk oyununda A qrupunda yer alan Polşa Yunanıstan yığmaları heç-heçə oynayıblar – 1:1. Oyunda ilk qolu polyak Levandovski 17-ci dəqiqədə vurub. 44-cü dəqiqədə Papastatapulos ikinci sarı vərəqi alaraq meydandan çıxarılıb. Azlıqda qalan yunanlar oyuna Ninisin yerinə çıxmış Salpingidislə 51-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Polyak qapıçı Şensnı 68-ci dəqiqədə Salpingidisə qarşı etdiyi hərəkət görə meydançadan çıxarılıb. Onun yerini tutan Pjemıslav Tıton Karaqunisin zərbəsini dəf edib. 74-cü dəqiqədə Salpingidisin vurduğu qol sayılmayıb.

Komandalar oyuna bu heyətdə çıxıblar: Polşa – Şensnı, Beniş, Vasilevski, Perkis, Pişek, Polanski, Rıbus (Tıton), Obranyak, Muravski, Blaşikovski, Levandovski. Yunanıstan – Xalkias, Maniatis, A.Papadopulos (K.Papadopulos), Torosidis, Papastatapulos, Olebas, Karaqunis, Ninis (Salpingidis), Katsuranis, Samaras, Gekas (Fortunis).

Oyunu ispan Karlos Velasko Karbalyo idarə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR