Futbol üzrə Avropa çempionatında Rusiya millisi Çexiyanı darmadağın edib – 4:1

Futbol üzrə Avropa çempionatında Rusiya millisi Çexiyanı darmadağın edib – 4:1
# 08 iyun 2012 22:35 (UTC +04:00)
Bakı-APA. Futbol üzrə 14-cü Avropa çempionatının ilk günündə ikinci görüş keçirilib. A qrupunda yer alan Rusiya və Çexiya yığmalarının oyununda birincilər 4:1 hesabı ilə qalib gəliblər. Qolları Rusiyadan Dzaqoyev (15, 79), Şirokov (24) Pavlyuçenko (82) vurublar. Çexiya yığmasında Pilarj 52-ci dəqiqədə fərqlənib. Bu qrupda keçirilmiş ilk oyunda Polşa və Yunanıstan milliləri 1:1 hesabı ilə heç-heçə oynayıblar.

Görüşü ingilis hakimi Qordon Uebb idarə edib.

Rusiya: Malafeyev, Anyukov, İqnaşeviç, Jirkov, A.Berezutski, Şirokov, Denisov, Zıryanov, Dzaqoyev (Kokorin), Arşavin, Kerjakov (Pavlyuçenko)

Çexiya: Çex, Qebre Selassie, Kadlets, Qubnik, Sivok, Rositski, Plaşil, Pilarj, İraçek (Petrjela), Rezek (Xyubşman), Baroş (Lafata)
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR